Şəbnəm Tovuzda pərəstişkarına ev tikdirir - Fotolar

Şəbnəm Tovuzda pərəstişkarına ev tikdirir - Fotolar

Şəbnəm Tovuzda pərəstişkarına ev tikdirir - Fotolar

Müğənni Şəbnəm Tovuzlu ona yardım üçün müraciət edən fanatlarından birinə ev tikdirir.

Polemika.az xəbər verir ki, bu haqda sənətçi özü məlumat verib. Şəbnəm Tovuzlu bildirib ki, ondan kömək istəyiblər və bunu geri çevirməyib:

"Hər yazana yardım etmirəm. Amma bu insanın həqiqətən də ehtiyacı olduğunu gördüm. Evlərini görəndə pis oldum. Qarşıdan soyuq qış gəlir, orada yaşaya bilməzlər. Ramil İsayev ailəsi ilə birlikdə Tovuzun Dondar Quşçu kəndində yaşayır.

Ürəyim razı olmazdı ki, körpə uşaqlar həmin evdə yaşasın. İkiotaqlı ev tikdirəcəm, mətbəxi də ayrı olacaq. Hətta evin içinin əşyalarını da alacam. Bir aya evi onlara təhvil verəcəm".

Şəbnəm Tovuzda pərəstişkarına ev tikdirir - Fotolar