Suriyadan Ukraynaya 40 min muzdlu göndəriləcək - İddia

Suriyadan Ukraynaya 40 min muzdlu göndəriləcək - İddia

Suriyadan Ukraynaya 40 min muzdlu göndəriləcək - İddia

Rusiya Ukraynaya qarşı müharibə üçün Suriyada fəal şəkildə muzdluları cəlb edir.

Polemika.az "Korrespondent.net"-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Suriyanın Xmeymim aviabazasının komandanlığı hər gün Ukraynaya 300-ə qədər yaraqlı göndərmək barədə əmr verilib. Martın 15-də muzdluların ilk partiyası Rusiyaya yola düşüb. Hazırda kəşfiyyat 150-yə yaxın suriyalının göndərildiyini bilir.

Kəşfiyyat məlumatlarına görə, silah, hərbi texnika və digər resurslar tezliklə Suriyadan Belarus və Rusiyaya ötürüləcək.

Ümumilikdə Suriya prezidenti Bəşər Əsəd Rusiyaya Ukraynaya qarşı döyüşməli olacaq 40 min döyüşçü ilə təmin edəcəyinə söz verib.

 

Suriyadan Ukraynaya 40 min muzdlu göndəriləcək - İddia