Suraxanıda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olundu

Suraxanıda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olundu

Suraxanıda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olundu

Suraxanıda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.

Polemika.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, rayonun idarə, müəssisə, təşkilatlarının xanım kollektivləri, ziyalılar iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə rayonun bütün qadınlarını təbrik edərək xoş arzularını çatdırıb. Əziz Əzizov xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını tam azad, ictimai-siyasi fəaliyyətdə aktiv rol oynadığını bütün dünyaya aydın şəkildə nümayiş etdirir. 

Tədbirə dəvət edilmiş bütün qadınlara qiymətli hədiyyələr təqdim edilib, eləcə də rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlar RİH başçısının Fəxri fərmanı ilə mükafatlandırılıblar.

Tədbir sevilən ifaçıların və rəqs qruplarının təqdimatında bədii hissə ilə davam edib.

 

 

Suraxanıda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olundu