Sumqayıtda 45 yaşlı kişini bıçaqlayaraq öldürdülər

Sumqayıtda 45 yaşlı kişini bıçaqlayaraq öldürdülər

Sumqayıtda 45 yaşlı kişini bıçaqlayaraq öldürdülər

Fevralın 9-u saat 10 radələrində Sumqayıt şəhər sakin 1977-ci il təvəllüdlü Nazim Məmmədovun Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Polemika.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1979-cu il təvəllüdlü Mahir Həsənovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nazim Məmmədova xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci  (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mahir Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Rəsmi məlumata görə, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sumqayıtda 45 yaşlı kişini bıçaqlayaraq öldürdülər