"Milan" Teo ilə müqaviləni yeniləyəcək

"Milan" Teo ilə müqaviləni yeniləyəcək

"Milan" Teo ilə müqaviləni yeniləyəcək

"Milan" futbolçusu Teo Hernandeslə müqaviləsini yeniləməyə hazırlaşır. 

Polemika.az "Qol"a istinadla xəbər verir ki, tərəflər yaxında sözləşməni 2026-cı ilin yayınadək uzadacaqlar.

Yeni müqaviləyə əsasən, 24 yaşlı müdafiəçi illik 4,5 milyon avro maaş alacaq. Bu, əvvəlki sözləşmə ilə müqayisədə 3 dəfə çox məbləğdir. Oyunçunun hazırkı müqaviləsi isə 2024-cü ilin yayına qədərdir. 

Qeyd edək ki, Teo bu mövsüm 20 matçda 4 qol vurub və 5 qolun ötürməsini verib.

"Milan" Teo ilə müqaviləni yeniləyəcək