Son gün 31 mindən çox şəxs peyvənd olundu - Foto
Son gün 31 mindən çox şəxs peyvənd olundu - Foto
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Polemika.az-a verilən məlumata görə, bir gündə 31 667 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 878, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 539 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 11 845 510, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 217 380, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 732 155, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 895 975 təşkil edir.