Azərbaycanda koronavirusa yoluxanların sayı iki mini keçdi, 13 nəfər öldü

Azərbaycanda koronavirusa yoluxanların sayı iki mini keçdi,

Azərbaycanda koronavirusa yoluxanların sayı iki mini keçdi, 13 nəfər öldü

Azərbaycanda son sutkada koronavirusa 2 468 yeni yoluxma faktı qeydə alınıb, 5 197 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Polemika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 636 956 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 617 791 nəfər müalicə olunaraq sağalıb, 8 632 nəfər vəfat edib, aktiv xəstə sayı 10 533 nəfərdir.

Ölkədə son sutka ərzində 11 525, hazırkı dövrədək isə 6 081 949 test aparılıb.

Azərbaycanda koronavirusa yoluxanların sayı iki mini keçdi, 13 nəfər öldü