SOCAR Ukraynada təcili tibbi yardım maşınlarını fasiləsiz pulsuz benzinlə təmin edəcək
SOCAR Ukraynada təcili tibbi yardım maşınlarını fasiləsiz pulsuz benzinlə təmin edəcək
Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələri fasiləsiz olaraq təcili tibbi yardım maşınlarını pulsuz yanacaqla təmin edəcək.
Polemika.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
Bildirilib ki, məsələ ilə bağlı Azərbaycan dövləti tərəfindən xüsusi göstəriş verilib.
Qeyd edək ki, hazırda Ukrayna ərazisində 59 belə yanacaqdoldurma məntəqəsi var.