Seyran Səxavətdən xanımları əsəbiləşdirəcək açıqlama: “8 Mart uydurma bayramdır”

Seyran Səxavətdən xanımları əsəbiləşdirəcək açıqlama:

Seyran Səxavətdən xanımları əsəbiləşdirəcək açıqlama: “8 Mart uydurma bayramdır”

Sabah Beynəlxaq Qadınlar Günüdür. Xanımlara hədiyyə alınması ilə bağlı müzakirələr hər il olduğu kimi bu il də bayram ərəfəsində gündəmə gəlib. Hətta müzakirələr mübahisə halını belə alıb. 

Bəzi kişilərin fikirincə hədiyyə almaq lazım deyil. Bəziləri isə elə özlərini ən böyük hədiyyə hesab edirlər. Hətta bildirirlər ki, 5 manatlıq gül alıb, 5 dəfə qaxınc etməkdənsə, almamaq daha yaxşıdır. Digər bir qrup isə bunun əksini söyləyir.

Bununla yanaşı qadınların bəziləri kişilərdən hədiyyəni özləri tələb edirlər. Kişiləri hədiyyə almaları üçün məcbur edirlər. Bir neçə gün öncə sosial şəbəkələrdə bir xanım belə paylaşım edib: “Bir buket gülə qıymayan şəxsin quru təbriki mənə laızm deyil”.

Yazıçı Seyran Səxavət isə Polemika.az-a açıqlamasında 8 Martı uydurma bayram adlandırıb:

“Mən orta məktəbdə oxuyanda kəndimizə 8 Mart Qadınlar Günü hələ gəlib çıxmamışdı. Biz o vaxt nə anamızı, nə bacımızı ümumiyətlə heç kəsi təbrik etməzdik. Eyni ilə atam da. Bu əslində uydurma bir şeydir”.

Yazıçı qeyd edib ki, xanımım mənə desə ki, “mütləq mənə hədiyyə alınmalıdır” hədiyyəni alıb, papağımı götürüb o evdən çıxaram:

“Qadının hədiyyə tələb etməyi düzgün deyil. Mənim xanımım desə ki, “mütləq mənə hədiyyə almalısan” mən o hədiyyəni alaram, papağımı da götürüb, çıxıb gedərəm. Deyərəm hədiyyə də sənin ərin olsun. Qadınların belə hikkə ilə hədiyyə tələb etməsi düşünülməmiş addımdır. Yazıq kişinin pulu yoxdursa, nə etməlidir? Qadın gərək bunu başa düşsün”.

S.Səxavətin bildirib ki, bizim qadınlar özlərini Avropadakılarla müqayisə etməməlidirlər:

“Gender bərabərliyi kimi şeylərə çox uymasınlar. 100 nəfərdən 70-nin ailəsi dağılır. Nə gender? Başınızı salın aşağı, ailənizdə şirinlik yaradın. Çörəyiniz varsa, şükür edin. Gender olub neyliyəcəksən? Sən tək kimsən ki.. Ümumiyyətlə kişi qadınsız, qadın da kişisiz təkdir.

Xanımlarımız küyə getməsinlər. Amerika ilə özlərini bir tutmasınlar. Avropadakı qadınlarla özlərini müqayisə etməsinlər. Kürdəmirdəki, Yevlaxdakı qadınlarla müqayisə etsinlər. Özləri olsunlar. İnsan özü olmayanda aşağısı 70-80 faiz zəifləyir. Yaşamaq da onun üçün çətin olur. Unutmasınlar ki, ailədən böyük və uca heç nə yoxdur”.

Nəzrin Vahid 

Seyran Səxavətdən xanımları əsəbiləşdirəcək açıqlama: “8 Mart uydurma bayramdır”