“Sevindik ki, hakimiyyətə yeni düşüncəli insanlar gəlir, xalqa xidmət edəcəklər, amma…” 

“Sevindik ki, hakimiyyətə yeni düşüncəli insanlar gəlir, xalqa xidmət edəcəklər, amma…” 

“Sevindik ki, hakimiyyətə yeni düşüncəli insanlar gəlir, xalqa xidmət edəcəklər, amma…” 

Müasir dövrdə demək olar ki, hər kəs sosial şəbəkədən istifadə edir. Bu platformada sadə vətəndaşlar da, dövlət idarəçiliyində təmsil olunan şəxslər də var. Bu, təqdirəlayiq haldır. Lakin maraqlı məqam odur ki, sadə vətəndaşlar sosial şəbəkədən istifadə edən məmurlarla problemlərini bölüşmək istədikləri zaman cavab ala bilmirlər.

Əgər məmurlar vətəndaşların müraciətlərinə cavab vermirlərsə, hətta onları bloka belə atırlarsa, bu adamların sosial şəbəkələrdə olmasına nə ehtiyac var?

Pandemiyanı bəhanə edərək vətəndaşlarla canlı ünsiyyətdən yayınan səlahiyyətli şəxslərin virtual münasibətləri də arxa plana keçirməsi nə dərəcədə doğrudur?

Ağ Partiya sədri Tural Abbaslı mövzu ilə bağlı Polemika.az-a açıqlama verib. O, məmurların sosial şəbəkədən istifadə etməsinin pozitiv hal olduğunu bildirib:

“Dövlət idarəçilərinin müasir dövrün tələbi olan sosial mediadan istifadə etməsi, pozitiv haldır. Sosial media idarə olunanlarla, idarə edənlər arasında körpü rolunu oynayır. Zamanında idarə edənlər az, idarə olunanlar çox olduğu üçün təmsilçilik institutu yaradılmışdı.

Müasir aləmdə artıq kommunikasiyanın qurulması üçün texnologiyanın naliyyətləri var. Bu naliyyətlərdən də idarəçiliyi daha da mükəmməlləşdirmək, optimallaşdırmaq, daha yaxşı xidmət üçün istifadə etmək olar.

Lakin təəssüflə qeyd etməliyik ki, Azərbaycanda nazirlər, bir çox komitə rəhbərlərinin hər biri sırf ictimai qınaqdan yayınmaq üçün sosial media hesabı yaradıblar, yəni bu platformada simvolik təmsil olunurlar. Niyyətləri həqiqətən xalqa xidmət etmək olsaydı, sosial media olmasa belə xidmət edərdilər.

Dövlət idarəçiliyinə gənclər təyin olunan zaman sevindik ki, yeni düşüncəli insanlar gəlir, onlar müasir dövrün tələblərini daha yaxşı başa düşəcəklər və kommunikasiya qura biləcəklər. Lakin görünən odur ki, yeni gələnlər də sosial mediada təmsilçilik xarakteri daşıyırlar. Deyilməsin ki, filan nazirin sosial media hesabı yoxdur. Təəssüf ki, bizim məmurların böyük əksəriyyətinin niyyəti mediada simvolik təmsilçilikdir, xidmət deyil”.

Mehri QURBAN 

“Sevindik ki, hakimiyyətə yeni düşüncəli insanlar gəlir, xalqa xidmət edəcəklər, amma…”