Separatçıların Yeni il təbriki: Araikə ürək-dirək verdilər

Separatçıların Yeni il təbriki:

Separatçıların Yeni il təbriki: Araikə ürək-dirək verdilər

Qondarma "Dağlıq Qarabağ", "Abxaziya", "Cənubi Osetiya" və "Dnestryanı" rejimlərinin prezidentləri bir-birlərini yeni il münasibətilə təbrik edib. 

Polemika.az xəbər verir ki, abxaz "lider" Aslan Bjaniya, osetin "prezident" Anatoli Bibilov və "Dnestryanı"nın "rəhbəri" Vadim Krasnoselski "Artsax" "xalqının" bütün çətinliklərin öhdəsindən gələcəklərini və bu yolda daima Araik Arutyunyana dəstək olacaqlarını bildiriblər.

Qeyd edək ki, bu, separatçı rejimlərin bir-birinə ilk "dəstəkləri" deyil. Belə ki, İkinci Qarabağ müharibəsində də, adlarını sadalağımız "dövlətlər" qondarma "Artsax"a dəstək nümayişi göstəriblər.

 

 

Separatçıların Yeni il təbriki: Araikə ürək-dirək verdilər