Separatçı rejimin “naziri” Rusiyada həbs edildi

Separatçı rejimin “naziri” Rusiyada həbs edildi

Separatçı rejimin “naziri” Rusiyada həbs edildi

2020-ci ilin noyabr ayına qədər Qarabağda mövcud olmuş qondarma rejimin keçmiş “fövqəladə hallar naziri” Boris Avaqyan Rusiyada həbs edilib.

Polemika.az xəbər verir ki, 47 yaşlı separatçı Rusiyanın Sankt-Peterburq şəhərində saxlanılıb. Əməliyyatı Rusiyanın Federal Təhlükəsizlik Xidməti aparıb.

B.Avaqyan qaçaqmalçılıq və sərhədi qeyri-qanuni keçməkdə ittiham edilir. Sabiq "nazir" uzun müddət Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub./Oxu.az

Separatçı rejimin “naziri” Rusiyada həbs edildi