Şamaxıda baxımsız qalan uşaqlar dövlət tərəfindən nəzarətə götürüldü

Şamaxıda baxımsız qalan uşaqlar dövlət tərəfindən nəzarətə götürüldü

Şamaxıda baxımsız qalan uşaqlar dövlət tərəfindən nəzarətə götürüldü

Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb.

Polemika.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Mətbuat katibi bildirib ki, artıq azyaşlılar müvafiq qurumların əməkdaşları tərəfindən olduqları yerdən götürülüb.

"Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək" - Dövlət Komitəsinin sözçüsü bildirib.

Qeyd edək ki, Şamaxı rayonunun İkinci Çaylı kəndində 5 uşağın acınacaqlı durumu ilə bağlı görüntülər yayılıb.

Şamaxıda baxımsız qalan uşaqlar dövlət tərəfindən nəzarətə götürüldü