Saleh Rüstəmli aclığı dayandırdı 

Saleh Rüstəmli aclığı dayandırdı 

Saleh Rüstəmli aclığı dayandırdı 

Gədəbəy rayon İcra Hakimiyyətinin həbsdəki sabiq başçısı Saleh Rüstəmlinin bir aydan çoxdur davam etdirdiyi aclıq aksiyasını bu gün dayandırdığı barədə xəbər yayılıb.

Polemika.az-ın məlumatına görə, xəbəri sosial şəbəkədə müxalif hüquq müdafiəçisi, “Müdafiə xətti” təşkilatının üzvü Rüfət Səfəov ictimailəşdirib.

“Bunu həkim Adil Qeybulla indicə telefonda mənə söylədi. 10 dəqiqə öncə  Saleh bəyin yanından çıxıb”,-deyə R.Səfərov qeyd edib.

Qeyd edək ki, Saleh Rüstəmli 2018-ci ildə saxlanılıb. Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.

O, qanunsuz həbs edildiyini bildirərək, 1 aydan çoxdur aclıq aksiyası keçirir.

Saleh Rüstəmli aclığı dayandırdı