Şahmat tacı uğrunda mübarizədə növbəti heç-heçə qeydə alındı
Şahmat tacı uğrunda mübarizədə növbəti heç-heçə qeydə alındı
Rusiyalı qrossmeyster Yan Nepomnyaşi və norveçli Maqnus Karlsen arasında dünya şahmat tacı uğrunda mübarizənin onuncu partiyası heç-heçə ilə nəticələnib.
Polemika.az xəbər verir ki, hazırda ümumi hesab 6.5:3.5 norveçlinin xeyrinədir.
Şahmatçılar arasında ilk beş və yeddinci partiyalarda da heç-heçə qeydə alınıb. Altıncı, səkkizinci və doqquzuncu partiyalarda isə Karlsen üstün olub.
Qeyd edək ki, növbəti partiya dekabrın 10-da baş tutacaq.