Azərbaycan pauerliftinqçisi Avropa üçüncüsü oldu

Azərbaycan pauerliftinqçisi Avropa üçüncüsü oldu

Azərbaycan pauerliftinqçisi Avropa üçüncüsü oldu

Azərbaycan pauerliftinqçisi Məhərrəm Qasımov Gürcüstanın Bakuriani şəhərində keçirilən “Bakuriani 2021 IBSA Powerlifting European and World Championships” yarışında qüvvəsini sınayıb.

Polemika.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Məlumata görə, idmançı bürünc medal qazaraq Avropa üçüncüsü olub.

Qeyd edək ki, görmə məhdudiyyətli idmançılar arasında təşkil olunan yarışda Azərbaycan ilk dəfə iştirak edib.

Azərbaycan pauerliftinqçisi Avropa üçüncüsü oldu