Sahibə Qafarovanın Litvaya səfəri başladı

Sahibə Qafarovanın Litvaya səfəri başladı

Sahibə Qafarovanın Litvaya səfəri başladı

Fevralın 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Litva Respublikasına rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat Xidmətindən Polemika.az-a verilən məlumata görə, Vilnüs Beynəlxalq Hava Limanında nümayəndə heyətimizi Litva Seyminin İqtisadiyyat komitəsinin sədri, Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun rəhbəri Kazis Starkeviçus, Litvanın Azərbaycandakı səfiri Egidiyus Navikas, ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər zamanı Milli Məclis sədrinin Litva Respublikasının Prezidenti, ölkə Seyminin sədri və digər rəsmi şəxslərlə bir sıra görüşləri nəzərdə tutulub.

Sahibə Qafarovanın Litvaya səfəri başladı