Sabiq nazirin şirkətləri ləğv olunur

Sabiq nazirin şirkətləri ləğv olunur

Sabiq nazirin şirkətləri ləğv olunur

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus şirkətlər ləğv olunur.

Polemika.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat verilib.

Belə ki, "Improtex Group" MMC-yə daxil olan “İmair Aviakompaniyası” MMC, "İminteks-Tikinti Quraşdırma" MMC, "İmproteks-Prodakşn" kiçik müəssisəsi, "İmproteks-Kommers" kiçik müəssisəsi və "İmprotex Transexpress" MMC ləğv olunduğunu elan edib.

Məlumatda deyilir ki, ilk 3 şirkətin kreditorları tələblərini 2 ay ərzində Bakı şəhəri, Nizami rayonu, Özbəki̇stan küçəsi, ev 23, son 2 şirkətin kreditorları isə Bakı şəhəri, Nizami rayonu, Mayakovski̇ küçəsi, ev 23 ünvanına bildirə bilərlər.

 

 

Sabiq nazirin şirkətləri ləğv olunur