Azərbaycan 100 milyard dollardan artıq gəlir əldə edəcək - Açıqlama

Azərbaycan 100 milyard dollardan artıq gəlir əldə edəcək - Açıqlama

Azərbaycan 100 milyard dollardan artıq gəlir əldə edəcək - Açıqlama

“Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilir. Toplantında Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış edib”.

Polemika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçi Vüqar Bayramov yazıb: Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın özünün valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir:

“Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən biridir. Çoxtərəfli əməkdaşlıq formatını seçən və ona üstünlük verən Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrindən yalnız qonşu dövlətlər olan Gürcüstan və Türkiyə deyil, bir sıra Avropa ölkələri də faydalana bilirlər”.

V. Bayramov onu da qeyd edib ki, 2020-ci ilin sonundan etibarən Azərbaycan dəhliz vasitəsi ilə Avropaya mavi qaz ixracatına başlayıb:

“Ötən il Avropaya 7 milyard kub metr mavi qaz nəql edilib. Bu il bu rəqəmin 10 milyard kubmetrədək yüksələcəyi gözlənilir. Bütövlükdə, Azərbaycan Avropaya birinci mərhələdə 10, ikinci mərhələdə 20 milyard kub metr mavi qaz nəql edəcək. Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31,5 milyard kub metr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq.

Cənub Qaz Dəhlizi Azərbaycanın dövlət büdcəsi gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir. Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində ixrac edəcəyi mavi qazdan mövcud qiymətlər ilə 100 milyard dollardan artıq gəlir əldə edəcək”.

Azərbaycan 100 milyard dollardan artıq gəlir əldə edəcək - Açıqlama