Sabah başlayacaq Türkiyə-Ermənistan danışıqları - XİN-dən açıqlama

Sabah başlayacaq Türkiyə-Ermənistan danışıqları - XİN-dən açıqlama

Sabah başlayacaq Türkiyə-Ermənistan danışıqları - XİN-dən açıqlama

"İrəvan Ankara ilə proses nəticəsində Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulacağını, iki ölkə arasında sərhədin açılacağını gözləyir".

Polemika.az xəbər verir ki, bunu “Armenpress”ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın bu dialoqdan gözləntiləri mahiyyətcə 1990-cı illərin əvvəllərində olduğu kimidir. "Biz gözləyirik ki, proses nəticəsində Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər qurulacaq və iki ölkə arasında 1990-cı illərin əvvəllərində Türkiyə tərəfindən birtərəfli qaydada bağlanmış sərhəd açılacaq".

Unanyan vurğulayıb ki, Ermənistan heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib:

"Ermənistanın yanaşması dəyişməyib, eyni mövqe Ermənistan Respublikası hökumətinin 2021-2026-cı illər üçün proqramında da öz əksini tapıb.

Artıq qeyd etdiyimiz kimi, beynəlxalq tərəfdaşlarla təmaslarımızda “heç bir ilkin şərt” prinsipinə əməl etməyin zəruriliyini dəfələrlə vurğulamışıq. Fikrimizcə, Türkiyə hökuməti də ilkin şərt olmadan dialoqa başlamaq yanaşmasını bölüşür.

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin Moskvada Rusiya tərəfi ilə görüşü keçiriləcək. Əslində, bu ilk görüş tanışlıq xarakteri daşıyacaq. Bir görüşün nəzərəçarpacaq nəticələr verəcəyini gözləmək çətindir, lakin o, prosesə başlayacaq".

Sabah başlayacaq Türkiyə-Ermənistan danışıqları - XİN-dən açıqlama