“Rəsul Quliyevin nə müxalifətçiliyi səmimidir, nə də prezidentə təbriki...” – REAKSİYA

“Rəsul Quliyevin nə müxalifətçiliyi səmimidir, nə də prezidentə təbriki...” – REAKSİYA

“Rəsul Quliyevin nə müxalifətçiliyi səmimidir, nə də prezidentə təbriki...” – REAKSİYA

“Ümumiyyətlə, mənə belə gəlir ki, onun çəkilib bir kənarda dayanması daha məqsədəuyğun olardı”.

Bu fikirləri uzun müddətdir, ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevin prezident İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik etməsinə münasibət bildirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, eks-spiker nəzakət göstərib prezidenti təbrik edibsə, bunu top-tüfənglə qarşılamağa ehtiyac yoxdur:

“Açığı, mən onun nə müxalifətçiliyini, nə də prezidentə təbrikini səmimi qəbul etmirəm. Rəsul Quliyev artıq siyasi ömrünü başa vurmuş biridir. Ümumiyyətlə, mənə belə gəlir ki, onun çəkilib bir kənarda dayanması daha məqsədəuyğun olardı.

Amma bu da onun seçimidir. Düşünürəm ki, o bir nəzakət göstərib prezidenti təbrik edibsə, bunu top-tüfənglə qarşılamağa ehtiyac yoxdur. Çünki prezident İlham Əliyevin altmış illik yubileyidir və onu təbrik etmək üçün həddindən çox səbəblər var.

Ən başlıca səbəb isə işğal altındakı ərazilərimizin Azərbaycan Ordusunun gücü ilə azad edilməsidir. Əlbəttə ki, bütün bunlar İlham Əliyevin böyük uğurlarının zirvəsidir. O baxımdan, Rəsul Quliyevin də bu tarixə biganə qala bilməməsi yəqin ki vurğuladığım amillə bağlıdır”.

“Rəsul Quliyevin nə müxalifətçiliyi səmimidir, nə də prezidentə təbriki...” – REAKSİYA