Rəsmi Bakı Kiyevdəki diplomatları geri çağıra bilər?

Rəsmi Bakı Kiyevdəki diplomatları geri çağıra bilər?

Rəsmi Bakı Kiyevdəki diplomatları geri çağıra bilər?

Əsasən Qərb ölkələrinin Kiyevdəki səfirliklərini boşaltdıqları və diplomatlarını geri çağırmaları fonunda rəsmi Bakı da oxşar addımı ata bilərmi?

Polemika.az xəbər verir ki, mövzunu şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, hazırda Rusiya-Ukrayna müharibəsi riski böyükdür.

“Əslində, ABŞ və müttəfiqləri vətəndaşlarını təcili Ukraynanı tərk etməyə çağırmaqla Ukraynanı yalnız buraxırlar. Bu heç də Ukraynaya dəstək anlamı daşımır. Vaşinqton heç 1979-cu ildə İranda İslam inqilabı baş verəndə səfirliyində çalışanları təcili geri çağırmamışdı. Halbuki, İranda şah rejiminin yıxılacağını proqnozlaşdıranlar çox idi. Nəticəsi Vaşinqton üçün ağır oldu, Tehrandakı səfirlik basıldı, diplomatlar aylarla girov saxlanıldı. Vaşinqton özü üçün Rusiyanın Ukraynaya hucüm edəcəyi tarixi artıq təxmin edib və vətəndaşlarını qorumaq istəyir. Ancaq vətəndaş dedidiyi şəxslər diplomatlardır, toxunulmazlıq statusuna malikdirlər. Kreml nə qədər ağlını itirsə, böyük miqyaslı müharibə ilə Ukraynaya müdaxilə edib paytaxt Kiyevə hücuma başlasa da, səfirliklərdən yan keçəcək. Diplomatların geri çağrılması Kiyevin vəziyyətini daha da ağırlaşdırır”.

Siyasi şərhçinin fikrincə, iki səbəbdən rəsmi Bakının Ukraynadakı diplomatları geri çağırması doğru olmaz.

“Birincisi, Ukrayna tərəfdaşımızdır, dostumuzun ağır günündə onun yanında olmalıyıq. Necə ki, Kiyev İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirdi, müharibə başlayarsa, biz də oxşar siyasətə üstünlük verməliyik.

İkincisi, ortada Rusiya amili də var. Əgər rəsmi Bakı digər Qərb ölkələri kimi diplomatlarımızın geri çağrılması təlimatını verərsə, Kremldə bunu Azərbaycanın Qərbin əlinə oynaması kimi yozacaqlar. Buna baxmayaraq, Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna üçün indiki ağır vəziyyətdə bu ölkədə yaşayan soydaşlarımızı və diplomatlarımızı ehtiyatlı olmaları istiqamətində bəyanatı yerinə düşər”.

Rəsmi Bakı Kiyevdəki diplomatları geri çağıra bilər?