Rəsmi Ankara Ukrayna-Rusiya müharibəsinə qoşulmayacaq

Rəsmi Ankara Ukrayna-Rusiya müharibəsinə qoşulmayacaq

Rəsmi Ankara Ukrayna-Rusiya müharibəsinə qoşulmayacaq

"Türkiyə Rusiya və Ukraynanın iştirakı ilə hərbi əməliyyatların başlanması ssenarisində Kiyevin tərəfində Moskva ilə münaqişəyə girməkdə maraqlı deyil".

Polemika.az "Bloomberg"ə istinadla xəbər verir ki, bunu adını açıqlanmasını istəməyən bir rəsmi bildirib.

Onun sözlərinə görə, bu, hətta Ankaranın NATO-ya üzvlüyü və Ukrayna tərəfi ilə "Bayraktar TB22 PUA-larının satışı şəklində hərbi əməkdaşlığın gücləndirilməsi nəzərə alınsa belə baş verməyəcək.

“Türkiyə Ukraynadakı addımlarını Vaşinqtonla əlaqələndirmir, ancaq öz maraqlarını qorumaq üçün müstəqil hərəkət edir”, - deyə mənbə izah edib.

Agentliyin həmsöhbəti vurğulayıb ki, Türkiyənin Rusiya ilə hərbi qarşıdurma qurmaq istəməməsi prezident Rəcəb Tayyib Ərdoğanın “manevr”lə səciyyələnən xarici siyasətini əks etdirir.

Rəsmi Ankara Ukrayna-Rusiya müharibəsinə qoşulmayacaq