Ruslar 10 yunanı öldürdülər - Səfir XİN-ə çağırıldı

Ruslar 10 yunanı öldürdülər - Səfir XİN-ə çağırıldı

Ruslar 10 yunanı öldürdülər - Səfir XİN-ə çağırıldı

Rusiyanın Ukraynaya hücumu nəticəsində 10 yunan həyatını itirib.

Polemika.az xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis tvitterdə yazıb.

“Rusiyanın Mariupol yaxınlığına endirdiyi aviazərbələr nəticəsində on günahsız dinc sakin – etnik yunanlar həlak olub”.

Mitsotakis Rusiyanın mülki şəxslərə hücumunu pisləyərək aviazərbələrin dayandırılmasını tələb edib: “Dərhal bombardmanı dayandırın!”.

Hadisə ilə əlaqədar Yunanıstan Xarici İşlər Nazirliyi Rusiyanın Afinadakı səfirinə kəskin etirazını bildirib. Səfir bu səbəbdən XİN-ə çağırılıb.

Ruslar 10 yunanı öldürdülər - Səfir XİN-ə çağırıldı