Rusiyanın müharibəsi “Şuşa”nın yolunu kəsdi

Rusiyanın müharibəsi “Şuşa”nın yolunu kəsdi

Rusiyanın müharibəsi “Şuşa”nın yolunu kəsdi

KiViN-2022-nin Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan 1/8 turu Rusiyanın apardığı müharibə ilə bağlı təxirə salına bilər.

Polemika.az xəbər verir ki, bu barədə Kult.az-a açıqlamasında Azərbaycanı təmsil edən “Şuşa” komandasının rəhbəri Müşfiq Abbasov deyib.

M. Abbasovun sözlərinə görə, bununla bağlı KVN komandalarının 33-cü beynəlxalq festivalının (KiViN-2022) təşkilatçılarından məktub gəlib:

“Bizim növbəti tur üçün ssenarimiz tamamlanıb, məşqlərimiz davam edir. Amma ola bilsin ki, Rusiyadakı hazırki vəziyyətə görə oyunlar təxirə salınsın”.

Qeyd edək ki, Rusiyada keçirilən KiViN-2022 beynəlxalq festivalının səkkizdə bir mərhələsinin may ayının 5-də keçiriləcəyi bildirilmişdi.

Rusiyanın müharibəsi “Şuşa”nın yolunu kəsdi