Rusiyanın işğaldan qorxan qonşu dövlətlərə ən böyük mesajı nədir?

Rusiyanın işğaldan qorxan qonşu dövlətlərə ən böyük mesajı nədir?

Rusiyanın işğaldan qorxan qonşu dövlətlərə ən böyük mesajı nədir?

Qazaxıstan hadisələrinə KTMT-nin hərbi müdaxiləsi bir çox postsovet respublikalarında Rusiyanın işğalına məruz qalma təəssüratı doğurub. Belarus prezidenti Aleksandr Lukaşenko da hədələyici tonla növbənin Özbəkistanda olduğunu bildirməsi bu təəssüratı gücləndirib. Buna qədər də mövcud olan Ukrayna-Rusiya gərginliyi və bu iki ölkə arasında ehtimal olunan müharibə kollektiv təhlükə xofunu daha da gücləndirib.

Doğrudanmı postsovet respublikaları üzərində işğal kabusu dolaşır?

Mümkün təcavüz baş verərsə sabiq müttəfiq respublikalar öz ərazilərini müdafiə etmək gücündədirmi?

Qərbin vəd olunan sərt sanksiyaları Rusiyanın geosiyasi iştahasının qarşısını ala bilərmi?

Polemika.az-a danışan siyasi şərhçi Tofiq Abbasov bildirib ki, Rusiyanın əsas istəyi öz maraqlarına heç bir təhlükənin yaranmamasıdır:

“Qazaxıstanda baş verən hadisələr zamanı Rusiya formal cəhətdən faktiki olaraq Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvətini qəbul edərək KTMT adıyla bu ölkəyə daxil olub. Əslində, bir qədər dərinə getsək, Rusiyanın ən böyük mesajı budur: ətraf dövlətlər Rusiyanın maraqlarına heç bir təhdidr yaratmasın.

Məsələn, götürək Ukraynanı. Niyə Ukrayna ilə gərginlik yaranıb? Çünki Ukraynadakı sağçı qüvvələr artıq NATO-ya üzvlüklə bağlı fikirlər səsləndirir. Yəni NATO-nun şərqə doğru genişlənməsi təhlükəsi var. Rəsmi Moskva üçün böyük bir təhdiddir”.

Eskpertin sözlərinə görə, Aleksandr Lukaşenkonun səsləndirdiyi fikirlər haradasa Moskvanın istəkləridir:

“Özbəkistanın siyasi elitasında Qərbə yaxınlaşması meyli var. Bir neçə il bundan öncə Qərb dövlətləri, o cümlədən ABŞ-ın siyasi texnoloqları bildirdilər ki, Rusiyanın perimetrini gərginlik ocaqları ilə əhatələmək lazımdır ki, Rusiyanın problemləri artsın. Bu plan hələ də gündəmdədir. Rusiyanın təhlükəsizlik konsepsiyası var və son addımlar məhz bu kontektsdə atılır”.

Rafi MÜSLÜMOV

 

Rusiyanın işğaldan qorxan qonşu dövlətlərə ən böyük mesajı nədir?