Rusiyalı məmurun dəbdəbəli yaxtası müsadirə olundu

Rusiyalı məmurun dəbdəbəli yaxtası müsadirə olundu

Rusiyalı məmurun dəbdəbəli yaxtası müsadirə olundu

İspaniyanın Adriano limanında lövbər atmış “Lady Anastasia” yaxtası İspaniya hakimiyyətinin göstərişi ilə müsadirə olunub.

Polemika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, səlahiyyətlilər Ukraynadakı münaqişə ilə bağlı Avropa sanksiyalarına istinad ediblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yaxtaya nəzarəti davam etdirirlər. 

"Efe" agentliyi və digər İspaniya KİV-ləri yaxtanın “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyevə məxsus olduğu haqda məlumat yayıblar. Mixeyev Ukraynadakı münaqişə ilə bağlı sanksiyaya məruz qalan şəxslərin siyahısındadır.

Bu, İspaniyada sanksiyalarla bağlı saxlanılan ikinci yaxtadır. Birincisi, Barselona limanında dayanan 140 milyon dollarlıq "Valerie" idi.

Rusiyalı məmurun dəbdəbəli yaxtası müsadirə olundu