Rusiyalı aktrisa Ukrayna ordusuna 10 min dollar  bağışladı

Rusiyalı aktrisa Ukrayna ordusuna 10 min dollar  bağışladı

Rusiyalı aktrisa Ukrayna ordusuna 10 min dollar  bağışladı

Tanınmış rusiyalı aktrisa Liya Axedjakova Ukrayna ordusuna 10 min dollar bağışlayıb.

Yenisabaah.az Unian-a istinadla xəbər verir ki, o, bu barədə İnstaqramda məlumat verib.

"Ukrayna ordusuna 10.000 dollar köçürmə ilə dəstək oldum və sizi də bunu etməyə çağırıram! Və bir daha deyirəm: Bunun baş verdiyinə görə çox təəssüf edirəm. Ürəyim çox pis sıxılır, anlayıram ki, indi ölkənizdə həm sizin, həm bizim oğlanlar ölür.

Bəziləri hətta çox gəncdir. Bu faciənin bitməsini ürəkdən istəyirəm”, - o yazıb.

Axedjakova qeyd edib ki, o, Ukrayna şəhərlərinin dağıdılmasını, insanların əzilərək pərişan olduğunu görmək istəmir./Moddern.az 

Rusiyalı aktrisa Ukrayna ordusuna 10 min dollar  bağışladı