Rusiyadan Azərbaycana köç başlayacaq? - "Rubl dəyərdən düşüb, ancaq...”

Rusiyadan Azərbaycana köç başlayacaq?  - "Rubl dəyərdən düşüb, ancaq...”

Rusiyadan Azərbaycana köç başlayacaq? - "Rubl dəyərdən düşüb, ancaq...”

“Rusiyadan kütləvi köç gözləmək lazım deyil”. Bu sözləri Polemika.az-a açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvü Vidadi Fətullayevdeyib.

O, Rusiya-Ukrayna müharibəsi, Rusiyaya tətbiq edilən sanksiyalar fonunda qonşu ölkədə yaşayan həmyerlilərimizin Azərbaycana mümkün köç dalğası barədə səslənən fikirləri şərh edib:

“Bu adamlar Rusiyada pis-yaxşı özlərinə nizam qura biliblər, yaşayırlar. Onlar yeni şərtlərlə də yaşamağa öyrənəcəklər. Rubl "ölsə" belə, bu, o demək deyil ki, soydaşlarımız o dəqiqə Rusiyanı atıb qaçacaqlar. Ən çətin vəziyyətdə olan, orada tutunmağa yeri qalmayan adamlar var ki, onlar gələcək. Belələrinə də quru sərhəd yolu ilə qayıdış imkanları yaradılacaq. Çünki hazırda hava yolu, yəni təyyarə reysləri ilə gediş-gəliş yoxdur”.

“Sanksiya şəraitində Azərbaycandan Rusiyaya daha çox meyvə-tərəvəz göndəriləcək. Ticarət davam edəcək. Pul köçürmələri ilə bağlı isə hələ problem yoxdur. 5 min dollaradək pul köçürmək olar. Sadəcə, Azərbaycan banklarında rublla köçürmələr dayandırılıb. Daha böyük məbləğlər üçün yəqin ki, dövlətlərarası böhran mexanizmi qurulacaq.

Hazırda ölkəmizdə Rusiyadan gələn pula ehtiyacı olanların da elə bir çətinliyinin olacağını düşünmürəm. Rubl dəyərdən düşüb, ancaq bu, faciə deyil”, - deyə o əlavə edib.

Rafi MÜSLÜMOV 

Rusiyadan Azərbaycana köç başlayacaq? - "Rubl dəyərdən düşüb, ancaq...”