Rusiyada “Facebook”un fəaliyyəti məhdudlaşdırılır

Rusiyada “Facebook”un fəaliyyəti məhdudlaşdırılır

Rusiyada “Facebook”un fəaliyyəti məhdudlaşdırılır

Rusiya bu gündən etibarən "Facebook"a girişi qismən məhdudlaşdırmaq üçün tədbirlər görəcək.

Polemika.az xəbər verir ki, bu barədə “Roskomnadzor” məlumat yayıb.

Baş Prokurorluq Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla sosial şəbəkənin ölkə vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında əli olduğunu müəyyən edib.

Bundan əvvəl "Facebook"da “RİA Novosti” səhifəsinə məhdudiyyətlər qoyulub. Həmçinin, Rusiyanın 4 media orqanının – “Zvezda”, “RİA Novosti”, “Lenta.ru” və “Qazeta.ru”nun materialları senzuraya məruz qalıb.

Rusiyada “Facebook”un fəaliyyəti məhdudlaşdırılır