Rusiya Ukraynanı “Smerç”lərlə atəşə tutur - Baş Qərargah

Rusiya Ukraynanı “Smerç”lərlə atəşə tutur

Rusiya Ukraynanı “Smerç”lərlə atəşə tutur - Baş Qərargah

Ukraynanın işğalı zamanı Rusiya ordusu təyyarələr, pilotsuz uçuş aparatları və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən istifadə edir.

Polemika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Fevralın 24-nə keçən gecə Rusiya Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə başlayıb. Ölkənin yaşayış məntəqələri kütləvi raket-bomba hücumlarına və artilleriya atəşinə məruz qalıb”,-deyə bildirən Baş Qərargahın məlumatına görə, düşmən aviasiya, hücum pilotsuz təyyarələri və “Smerç” reaktiv yaylım atəşi sistemlərindən istifadə edir. 

Rusiya Ukraynanı “Smerç”lərlə atəşə tutur - Baş Qərargah