Rusiya-Ukrayna müharibəsi: Blef, yoxsa gerçəyə yaxın ehtimal?

Rusiya-Ukrayna müharibəsi: Blef, yoxsa gerçəyə yaxın ehtimal?

Rusiya-Ukrayna müharibəsi: Blef, yoxsa gerçəyə yaxın ehtimal?

Rusiya və Ukrayna müharibənin astanasındadır. Proqnozlara görə, 2022-ci ilin yanvar-fevral aylarında hərbi toqquşmanın baş verəcəyi mütləqdir. Ehtimal olunan müharibə hansı nəticələrə gətirib çıxaracaq?

Durumu şərh edən polkovnik-leytenant Elxan Şıxəliyev Polemika.az-a açıqlamasında deyib ki, mövzunu qlobal kontektsdə qiymətləndirsək, Rusiyanın qırmızı xətləri ilə NATO-nun qırmızı xətləri toqquşur. 

“Rusiyanın qırmızı xətləri nədən ibarətdir? Rusiya deyir ki, keçmiş sovet respublikalarının ərazisində NATO hərbçiləri mövcud olmasın və Baltikyanı ölkə istisna olmaqla, postsovet respublikalarının heç biri NATO-ya üzv olmasın. Bəs NATO buna necə yanaşır? 

NATO Rusiyanın qırmızı xətlərini qəbul etmir. Bəzi postsovet ölkələri NATO ilə əməkdaşlıq edir və gələcəkdə bu qurumun üzvü olmaq istəyir. Deməli, gələcəkdə həmin dövlətlərdə NATO silahlı qüvvələrinin yerləşdirilməsi həyata keçiriləcək”.

Ekspert qeyd edib ki, Ukrayna hazırda NATO ilə daha çox əməkdaşlıq edir. “Adətən, müharibələr nə zaman başlayır? Böhranlı siyasi müddət yekunlaşanda. Fikrimcə, Rusiya və NATO arasındakı münasibətlərin müharibəyə çevrilməsi, xüsusən də Ukraynanın işğalı inandırıcı deyil. 

Mən siyasi dialoqların bitdiyini düşünmürəm. Doğrudur, Rusiya NATO-ya mesaj verir ki, blef etmirəm, yəni istədiyim an Ukraynanın cəzalandırılması yönündə addımlar ata bilərəm. Bu böhranlı dönəmin zirvəyə çatdırır”, - deyə Elxan Şıxəliyev əlavə edib.

“Rusiya istər siyasi, istərsə də hərbi fəaliyyətində proqnozlaşdırmanı düzgün apara bilməyən ölkədir. Amma Rusiyanın Ukrayna və NATO müttəfiqləri ilə müharibə aparması inandırıcı görünmür. Rusiya sadəcə Ukrayna sərhədlərində güc nümayiş etdirir. 

Yeni dünya nizamında Rusiyanın Ukraynanı işğal etməsinə kimsə icazə verməz. Rusiyanın iqtisadiyyatını çökdürər, daxildə separatizm meyllərini canlandırarlar və s. Rusiya da bunu anlayır və bu məsələlərə ehtiyatla yanaşır”, - deyə mütəxəsis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Rusiya-Ukrayna müharibəsi: Blef, yoxsa gerçəyə yaxın ehtimal?