“Rusiya-Ukrayna danışıqlarında müsbət irəliləyişlər var” - Putin

“Rusiya-Ukrayna danışıqlarında müsbət irəliləyişlər var”

“Rusiya-Ukrayna danışıqlarında müsbət irəliləyişlər var” - Putin

Rusiya ilə Ukrayna arasında demək olar ki, hər gün davam edən danışıqlarda müəyyən müsbət dəyişikliklər müşahidə olunur.

Polemika.az xəbər verir ki, bunu cümə günü Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə deyib.

“Mən şübhəsiz ki, sizə Ukrayna istiqamətindəki vəziyyət, ilk növbədə, hazırda demək olar ki, hər gün aparılan danışıqların necə getdiyi barədə məlumat verəcəyəm. Orada müəyyən müsbət irəliləyişlər var, çünki bizim tərəfimizdən danışıqlar aparan şəxslər mənə məlumat veriblər. Bütün bunlar barədə sizə daha ətraflı məlumat verəcəyəm”, - Putin bildirib.

 

 

“Rusiya-Ukrayna danışıqlarında müsbət irəliləyişlər var” - Putin