Ukraynada "vəhşi diviziya": Kadırovun ordusu kimin mənafeyini qoruyur?

Ukraynada "vəhşi diviziya": Kadırovun ordusu kimin mənafeyini qoruyur?

Ukraynada "vəhşi diviziya": Kadırovun ordusu kimin mənafeyini qoruyur?

“"Kadırovun ordusu" Çeçenistandan daha çox transmilli şirkətlərin maraqlarına qulluq edir”.

Bu sözləri Polemika.az-a yazıçı, teleaparıcı Həmid Herisçi deyib.

O, bir vaxtlar Rusiya ilə müstəqillik müharibəsi aparan çeçenlərin hazırda siyasi yönlərini dəyişməsinə, Ukraynada Moskvanın nəfinə döyüşməsinə münasibət bildirib:

“Çar Rusiyası dövründə “vəhşi diviziya” var idi. O diviziya daha çox türkmənlərin təkə tayfasından və Qafqaz “vəhşilər"indən ibarət idi. O cümlədən Azərbaycandan da könüllülər olub. Çar Rusiyası o vaxt müsəlmanları orduya cəlb etmək istəmirdi, çünki müsəlmanlara silah verməkdən qorxurdu. Məncə, SSRİ-nin iflasından sonra Rusiya Federasiyası çar Rusiyasının təcrübəsini təkrarladı. Qafqazda indi bir çox xalqları orduya götürmürlər, məsələn, Dağıstanda ümumi hərbi mükəlləfiyyət yoxdur. Yalnız müqaviləli, muzdlu döyüşçü ola bilərsən. Elə indi də həmin muzdlular Ukraynada döyüşlərdə istifadə olunur. Həmçinin, Çeçenistanda da muzdlu ordudur".

Həmid Herisçinin sözlərinə görə, "Kadırovun ordusu"nu maliyyələşdirən transmilli şirkətlər var və bu ordu həmin şirkətlərin maraqlarını qoruyur:

“Onlar daha çox qastronoma qulluq edirlər, nəinki Rusiyaya. Əgər çeçen yaraqlıları Ukraynaya gedibsə, onlar öz sponsorlarının - Rusiyanın neft-qaz şirkətlərinin maraqlarını qorumağa gediblər”.

Əsmətxanım RZAZADƏ   

Ukraynada "vəhşi diviziya": Kadırovun ordusu kimin mənafeyini qoruyur?