Rusiya-Ukrayna danışıqları bu gün davam etdiriləcək

Rusiya-Ukrayna danışıqları bu gün davam etdiriləcək

Rusiya-Ukrayna danışıqları bu gün davam etdiriləcək

Rusiya-Ukrayna danışıqlarının dördüncü raundunun bu gün keçirilməsi planlaşdırılır.

Polemika.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Belarus artıq Rusiya Federasiyası ilə Ukrayna arasında münasibətlərin nizamlanmasına dair üç raund danışıqlara ev sahibliyi edib. İkinci raundda tərəflər vətəndaşların təxliyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər. Daha sonra Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Rusiya və Ukrayna nümayəndə heyətləri arasında videoformatda danışıqların davam etdiyini və xüsusi işçi qrupların yaradıldığını bildirib.

Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, Rusiya-Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski gedişatı şərh edərək, mühüm irəliləyişin olduğunu açıqlamışdı. Onun sözlərinə görə, bu, tərəflərin ümumi mövqeyinə və sənədlərin imzalanmasına çevrilə bilər. 

Rusiya-Ukrayna danışıqları bu gün davam etdiriləcək