Rusiya SWIFT sistemindən çıxarılarsa, nəticəsi necə olacaq? - “Rubl dəyər itirəcək, xalq Putinə qarşı...”

Rusiya SWIFT sistemindən çıxarılarsa, nəticəsi necə olacaq?

Rusiya SWIFT sistemindən çıxarılarsa, nəticəsi necə olacaq? - “Rubl dəyər itirəcək, xalq Putinə qarşı...”

Rusiyanın Ukraynaya hücumundan sonra Qərb iqtisadi sanksiyaları tətbiq etməyə başlayıb. Hazırda Rusiyanın dünyada ən etibarlı pul köçürmələrini təmin edən SWIFT sistemindən çıxarılması gündəmə gəlib.Bəs bu baş verərsə, Rusiyaya təsiri necə olacaq?

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqinə ehtiyac olduğunu bildirmişdi. 

Avropa Birliyi Xarici İşlər Nazirləri isə Rusiyanın SWIFT ödəniş sistemindən çıxarılmasını müzakirəyə çıxardıb.

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel Rusiyanın SWIFT sistemindən çıxarılmasının Xarici İşlər Nazirləri tərəfindən müzakirə olduğunu desə də, hələ ki bu sanksiyanın lazımlı səs çoxluğu toplamadığını qeyd edib.

ABŞ Prezidenti Co Bayden isə sanksiyaların içərisinə SWIFT sisteminin daxil edilməməsinin səbəbini digər Avropa ölkələrinin hazırda buna hazır olmamaları ilə izah edib.

Bəs SWIFT sistemi nədir?

Ankara Hacı Bayram Vəli Universiteti İqtisadiyyat Fakültəsi Dk. Tolqa Dağlaroğlu SWIFT sistemi ilə bağlı "TRT Haber"ə açıqlama verib.

"Mərkəzi Belçikada yerləşən dünya səviyyəsində banklar arası iqtisadi telekommunikasiya şəbəkəsi olan SWIFT 11 mindən çox iqtisadi qurum tərəfindən istifadə edilir. Ödəniş sistemi olmaqla yanaşı iqtisadi qurumlar arası mesajlaşma şəbəkəsi funksiyasını da yerinə yetirir. 11 min 500 istifadəçisi var və dünyanın 200-dən çox ölkəsində istifadə olunur. Yəni iqtisadi baxımından olduqca önəmli bir şəbəkədir.

Dağlaroğlu sistemdən çıxarılacağı təqdirdə Rusiyanın iqtisadiyyatının ciddi təsirə məruz qalacağını deyib:

"Rusiyada 291 SWIFT üzvü var. Bunlar Mərkəzi Bank da daxil olmaqla, şirkətlər, banklar və. s. Ümumilikdə isə bu sistemin içərisində Rusiyanın payı təxminən cəmi 1,5 faizə bərabərdir. Rusiya SWIFT sisteminin ən çox istifadə olunduğu 6-cı ölkədir. Hər il 800 milyard dollar pul köçürmələri həyata keçirilir. Yəni Rusiya üçün bu sistem böyük bir qazanc mənbəyidir".

Dağlaroğlu Ukrayna-Rusiya müharibəsinin davam etməsi halında Rusiya iqtisadiyyatının bundan çox təsirlənəcəyini və xalqın Putinə qarşı etibarının azalacağını vurğulayıb:

"Müharibə uzanarsa, iqtisadi birjalarda Rusiya rublu dəyər itirəcək və inflyasiya artacaq. Bu isə Rusiya Mərkəzi Bankının daha ciddi iqtisadi siyasət tətbiq etməsinə səbəb olacaq. Beləliklə, rublun dəyər itirməsilə xalqın da Putinə qarşı etirazları artacaq".

Rusiya SWIFT sistemindən çıxarılarsa, nəticəsi necə olacaq? - “Rubl dəyər itirəcək, xalq Putinə qarşı...”