“Rusiya parlamenti Xocalı soyqırımını tanımalıdır” - İqor Korotçenko

“Rusiya parlamenti Xocalı soyqırımını tanımalıdır” - İqor Korotçenko

“Rusiya parlamenti Xocalı soyqırımını tanımalıdır” - İqor Korotçenko

“Rusiya Xocalı hadisələrini Azərbaycan xalqının soyqırımı aktı kimi hüquqi səviyyədə tanımalıdır. Rusiya Dövlət Dumasının bu barəıdə müvafiq qərar verməsinə çalışacağıq”.

Polemika.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko Moskva şəhərində keçirilən konfransda bildirib.

“30 il əvvəl törədilən dəhşətli qırğın bu gün bütün sivil dünya tərəfindən soyqırımı kimi tanınır. Bu gün burada toplanmağımızın məqsədi erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində törətdiyi vəhşiliyin günahsız qurbanı olmuş qadınları, uşaqları, qocaları yad etməkdir”, – Korotçenko deyib.

Ekspertin fikrincə, məhz erməni separatçılarının terrorçu üsullarla azərbaycanlıların etnik təmizləməsini həyata keçirməsi, hətta 30 il sonra da dəhşət doğurur, qan dondurur.

Rusiyalı politoloq Xocalı soyqırımında əli olanlara mərhəmət göstərilməməsinin vacibliyini də qeyd edib: “Bu cinayətkar əmrləri verən erməni siyasətçiləri də, həmin əmrləri yerinə yetirən hərbçilər də, o hadisələrdə iştirak etmiş erməni terrorçuları da məsuliyyətə cəlb olunmalıdır”.Report

“Rusiya parlamenti Xocalı soyqırımını tanımalıdır” - İqor Korotçenko