Dünya azəraycanlıları Zəfər Gününü qeyd edir

Dünya azəraycanlıları Zəfər Gününü qeyd edir

Dünya azəraycanlıları Zəfər Gününü qeyd edir

Bu gün Azərbaycanın 44 günlük müharibədə tarixi qələbə qazanmasından bir il ötür.

Polemika.az xəbər verir ki, Zəfər Gününü soydaşlarımız təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində təntənəli şəkildə qeyd edir.

Bu gün Berlin şəhərində “Zəfərə gedən 44 gün” adlı təntənəli tədbir keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra azərbaycanlı sənətçilərin iştirakı ilə konsert olub. Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş fotosərgi də nümayiş etdirilib.

Vyanda Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin təşkilatçılığı ilə bayram tədbirində Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşları, Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun, Türkiyənin Vyanadakı baş konsulu Asip Kaya, türkiyəli diplomatlar, iş adamları, Azərbaycan və Türkiyə icmalarının, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Londonda Britaniya Azərbaycanlıları Assosiasiyasının təşəbbüsü ilə gerçəkləşdirilən tədbirdə Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir Böyük Britaniyada yaşayan sənətçilərin konsert proqramı ilə davam edib. Konsertdə müğənnilər Emilya Yaqubova, Gülşən İbadova, İnam Məmmədov, musiqiçilər – “Odlar Yurdu” ansamblının rəhbəri Rasim Fərziyev (violin) və Ülkər Məmmədova (kamança) Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər.

Barselonda Licue Koservatoriyasında Zəfər Gününə həsr edilmiş konsert proqramı təşkil olunub.

Tbilisidə yerləşən Rike parkda 8 Noyabr – Zəfər Günü münasibətilə fləşmob keçirilib.

Üzərində Zəfər bayramının və Şuşanın simvolu - Xarı bülbülün təsviri olan ağ köynək geyinmiş 60 gənc göy, qırmızı, yaşıl rəngli, aypara və səkkizguşəli ulduzun yer aldığı lövhələrdə Azərbaycanın dövlət bayrağının təsvirini yaradıblar. 

Bursa şəhərində (Türkiyə) 8 Noyabr - Zəfər Günü münasibətilə “Mən Qarabağam” adlı Zəfər Konserti baş tutub. Tədbir çərçivəsində “Qarabağın dünəni və bu günü” adlı sərgi də təşkil olunub.

Polşanın paytaxtı Varşavada 8 noyabr – Zəfər Gününün birinci ildönümünə həsr olunmuş konsert keçirilib.

Almaniyanın Köln şəhərində “Steigenberger” hotelinin konfrans zalında “Füsünkar musiqi” adlı konsert təşkil edilib.

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 8 Noyabr - Zəfər Günü münasibətilə bayram konserti keçirilib.

Tədbirdə Azərbaycanın milli musiqiləri və rəqsləri ifa edilib, şəhidlərimizə həsr edilmiş şeirlər səsləndirilib, Zəfər Gününü əks etdirən videoçarxlar nümayiş etdirilib. Vankuver azərbaycanlıları dəmir yumruq kimi birləşdiklərini bildiriblər.

İstanbulda “Qarabağ Azərbaycandır!” adlı təntənəli bayram tədbiri keçirilib.

Nəzrin Vahid

Dünya azəraycanlıları Zəfər Gününü qeyd edir