Rusiya Müdafiə Nazirliyi: 71 Ukrayna əsgəri əsir götürülüb

Rusiya Müdafiə Nazirliyi: 71 Ukrayna əsgəri əsir götürülüb

Rusiya Müdafiə Nazirliyi: 71 Ukrayna əsgəri əsir götürülüb

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Xarkov vilayətində Ukrayna ordusunun 302-ci zenit-raket alayının “təslim olduğunu” və “silahı könüllü yerə qoyduğunu” bildirib.

Polemika.az xarici KİV-ə istinadən xəbər verir ki, İqor Konaşenkovun sözlərinə görə, həmin alayın sərəncamında “Buk M-1” zenit-raket kompleksləri olub.

O bildirib ki, alayın 71 hərbi qulluqçusu saxlanılıb.

“Bütün ukraynalı hərbi qulluqçulara hörmət göstərilir və kömək edilir. Sənədlərin rəsmiləşdirilməsindən sonra onlar öz ailələrinə göndəriləcəklər”,- Konaşenkov bildirib. 

Konaşenkovun açıqladığı məlumat Ukrayna tərəfindən hələlik təsdiq olunmayıb.

Rusiya Müdafiə Nazirliyi: 71 Ukrayna əsgəri əsir götürülüb