"Rusiya iqtisadiyyatı ciddi təzyiq altındadır" - Peskov

"Rusiya iqtisadiyyatı ciddi təzyiq altındadır"

"Rusiya iqtisadiyyatı ciddi təzyiq altındadır" - Peskov

Rusiya iqtisadiyyatı indi Qərbin yeni sanksiyalarına görə ciddi zərbə alır, amma təhlükəsizlik marjası var, biz ayaq üstə dayanacağıq. 

Polemika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiya iqtisadiyyatı indi ciddi təzyiq altındadır, mən deyərdim ki, ciddi zərbədir, planlar var. Güclü iş gedir, biz ayaq üstə duracağıq" - Peskov deyib.

Onun sözlərinə görə, Rusiya əvvəlki böhranlar zamanı işsizliklə mübarizə təcrübəsi qazanıb.

Bundan əlavə, Peskov Rusiya iqtisadiyyatında yeni xüsusi tədbirləri ona qarşı kənardan hərəkətlərin düşmənçilik xarakteri və risklərin minimuma endirilməsinin zəruriliyi ilə izah edib.

"Rusiya iqtisadiyyatı ciddi təzyiq altındadır" - Peskov