"Rusiya ilə imzalanacaq bəyannamə 40-a yaxın bəndi əhatə edir" - Əliyev

"Rusiya ilə imzalanacaq bəyannamə 40-a yaxın bəndi əhatə edir" - Əliyev

"Rusiya ilə imzalanacaq bəyannamə 40-a yaxın bəndi əhatə edir" - Əliyev

Bu gün Kremldə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev arasındakı danışıqlar başlayıb.

Polemika.az “RIA Novosti”yə istinadla xəbər verir ki, Vladimir Putin Azərbaycanda rus dilini dəstəklədiyinə görə İlham Əliyevə təşəkkür edib.

O, Qarabağdakı sülhməramlı missiyaya toxunaraq deyib:

“Qarabağda bəzi mübahisələr var. Amma biz hər şeyi edəcəyik ki, proses sülh yolu ilə getsin, ticarət-iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı artıq müəyyən razılaşmalar əldə olunub”.

Öz növbəsində, Prezident Əliyev isə bildirib ki, Rusiya ilə Azərbaycan arasında imzalanacaq müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamə kifayət qədər geniş sənəddir. Bəyannamə 40-a yaxın bəndi və müxtəlif sahələri əhatə edir.

Dövlət başçısı onu da vurğulayıb ki, sənədin çox müsbət dəyəri olacaq.

Prezident Əliyev qeyd edib: "Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında, normal qonşuluq münasibətlərinin qurulmasında aparıcı rol oynayır".

"Rusiya ilə imzalanacaq bəyannamə 40-a yaxın bəndi əhatə edir" - Əliyev