Ramiz Mehdiyev özü üçün xüsusi lift quraşdırıb, silahlı mühafizəçilərlə gəzir

Ramiz Mehdiyev özü üçün xüsusi lift quraşdırıb, silahlı mühafizəçilərlə gəzir

Ramiz Mehdiyev özü üçün xüsusi lift quraşdırıb, silahlı mühafizəçilərlə gəzir

AMEA-nın müxbir üzvü, riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanov bu gün yaydığı bəyanatda maraqlı faktlar açıqlayıb.

“Polemika.az”ın məlumatına görə, həmin bəyanatdan bəlli olur ki, AMEA prezidenti Ramiz Mehdiyev işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəlir. Buna görə də heç kəsin ona yaxınlaşıb dərdini demək şansı yoxdur.

M. Mərdanov həmçinin qurumun binasında Mehdiyevin özü üçün xüsusi lift quraşdırdığını da qeyd edib:

“Uzun illərdir ki, ölkənin nüfuzlu qurumu kimi dövlət tərəfindən şəhərin ən gözəl memarlıq abidələrinin birində yerləşən AMEA-nın Rəyasət Heyətinin binası ilk dəfədir ki, tarixi əhəmiyyəti nəzərə alınmadan milyonlarla dövlət vəsaiti hesabına cənab Ramiz Mehdiyevin zövqü ilə yenidən qurulub.

Bütün memarlıq dəyərlərini, texniki imkanlarını, yükgötürmə məhdudluğunu qulaqardına vuraraq binanın daxili konstuksiyasına kobud müdaxilə edilib, üçüncü mərtəbəyə qalxa bilməyən “kişi” üçün xüsusi lift quraşdırılıb”.

 

Ramiz Mehdiyev özü üçün xüsusi lift quraşdırıb, silahlı mühafizəçilərlə gəzir