Rafael İsgəndərov "Ayı"ya xeyir-dua verdi: "O xoşbəxtlik..."

Rafael İsgəndərov "Ayı"ya xeyir-dua verdi: "O xoşbəxtlik..."

Rafael İsgəndərov "Ayı"ya xeyir-dua verdi: "O xoşbəxtlik..."

Fəvvarələr Parkının "Ayı"sı hələ də gündəmdədir.

Mövzu ilə bağlı Polemika.az-a danışan Əməkdar artist Rafael İsgəndərov halal zəhmətlə qazanılan pulun xoşbəxtlik olduğunu bildirib:

“Müzakirə olunan şəkili mən də görmüşdüm, lakin özüm sosial şəbəkə istifadəçisi olmadığım üçün müzakirələrə qatılmadım. Həmin kişinin bəxti, taleyi haqqında bir şey deyə bilmərəm. Bircə onu bilirəm ki, halal çörək qazanmağın yaşı olmur.

O dayı əvvəllər nə işlə məşğul olub, bilmirəm, hər halda pula ehtiyacı var deyə işləyir. Allah ona can sağlığı versin. Halal yolla qazanır, yəni pis yola əl atmır, oğurluq etmir. Bu böyük xoşbəxtlikdir. Allah hamıya nə yolla olur-olsun halal pul qazanmağı nəsib etsin”.

Qeyd edək ki, fotoqraf Vyaçeslav fotonun nə vaxt və kim tərəfindən çəkildiyini bilmir:

"57 yaşım var, uzun illərdir ki, bu işlə məşğulam. Halal zəhmətimlə pul qazanıram, əvvəllər Bulvarda fotoqraf olmuşam. Günə 50-100 manat arası pul qazanıram”.

Əsmətxanım

 

Rafael İsgəndərov "Ayı"ya xeyir-dua verdi: "O xoşbəxtlik..."