"Qərb ruslarla bilək güləşini adətən İslam coğrafiyasında həyata keçirirdi, amam bu dəfə..."

"Qərb ruslarla bilək güləşini adətən İslam coğrafiyasında həyata keçirirdi, amam bu dəfə..."

"Qərb ruslarla bilək güləşini adətən İslam coğrafiyasında həyata keçirirdi, amam bu dəfə..."

Rusiyanın Ukraynaya hücumu getdikcə daha geniş xarakter alır. Ukrayna şəhərlərinin ard-arda bombalanması yüzlərlə dinc və günahsız insanın ölümünə səbəb olur. Müharibəbin acı bağırsaq kimi uzanması fonunda Ukraynada yaşanan fəlakətin miqyası da artır. 

Siyasi analitiklər vəziyyətin kritik hal almasında başda ABŞ olmaqla özlərini “demokratiya təəssüfkeşi” kimi göstərən böyük Avropa dövlətlərini günahlandırırlar. Əksər ekspertlər hesab edirlər ki, Qərb Rusiyanın bir dövlət kimi zəifləməsi naminə Ukraynada minlərlə insanın ölümünə, ölkənin isə başdan-ayağa xarabalığa çevrilməsinə göz yumur. Ukraynanın qərb dövlətlərinə güvənərək Rusiyaya diş qıcadığını iddia edənlər də var. Bu iddialar nə dərəcədə doğrudur?

Doğrudanmı, Qərb dövlətləri Ukraynanı meydanda tək qoyublar?

Politoloq Fəqani Məhərrəmli mövzu ilə bağlı Polemika.az-a açıqlamasında müharibənin uzun illər davam edə biləcəyini söyləyib:

“Ukraynanın geostrateji əhəmiyyəti, müharibənin başlanmasını şərtləndirən səbəblər, eləcə də tərəflərin biri-birinə irəli sürdüyü qəbuledilməz tələblər deməyə əsas verir ki, bu savaş xeyli uzun və daha da dağıdıcı olacaq. Qərbin hərbi-siyasi dairələri ruslarla bilək güləşini adətən islam coğrafiyasında həyata keçirirdilər ki, bu da milyonlarla günahsız insanın qanı, canı bahasına baş verirdi. Yaxın şərqdən gələn qaçqınları Aralıq dənizinin dibinə gömən Avropa, indi milyonlarla ukraynalını qaçqın statusunda qəbul etmək məcburiyyətindədir. Hadisələrin təhlili göstərir ki, deyildiyindən və göründüyündən fərqli olaraq artıq vahid bir Qərb yoxdur. Böyük Britaniyanın bir müddət əvvəl brexitlə Avropa Birliyindən ayrılması, ABŞ-ın ani bir qərarla Əfqanıstandan çıxaraq, iqtidarı Talibana təslim etməsi, RF-dən AFR-ə axacaq "Şimal Axını 2" qaz kəmərinə ABŞ-ın tətbiq etdiyi sanksiyalar, avropalı siyasilərin mütamadı, "NATO-nun beyin ölümü gerçəkləşdi" tezisini dilləndirmələri görünüşdə bütöv görünən Qərb dünyasında nə qədər böyük çatlaqların olduğunu göstərir. Bütün bu ziddiyyətlər böyük bir toqquşmaya səbəb olmalıydı, necə ki, oldu. Təssüf ki, savaş səbəbkarların deyil, xoş görünən yalançı vədlərlə aldadılan Ukraynanın ərazisində baş verdi. Təssüf ki, savaş bir-iki günə bitəcək kimi görünmür. Bu savaş aylara, hətta illərə yayıla bilər. Müşahidələr göstərir ki, diplomatik təmaslar aldadıcıdır, gercəkləri ifadə etmir, diplomatik görüşmələr sadəcə tarix və beynəlxalq ictimaiyyəti yanıltmaq üçündür. Arxa qapı diplomatiyasını izlədikdə Amerikanın əsil hədəfinin Rusiya olmadığı, Almaniya və Fransa başda olmaqla Avropa Birliyi olduğu görünür. Hadisələrin bir sonrakı inkişafı kimin müttəfiq, kimin düşmən olduğunu daha aydın, daha qabarıq göstərəcək. Göstərəcəkmi? Yaşayarıq, görərik”...

Mehri QURBAN 

"Qərb ruslarla bilək güləşini adətən İslam coğrafiyasında həyata keçirirdi, amam bu dəfə..."