"Qorxaqlar aqressiv və cinayətə meylli olurlar” - "Hiyləgər və xainlər..."

"Qorxaqlar aqressiv və cinayətə meylli olurlar”

"Qorxaqlar aqressiv və cinayətə meylli olurlar” - "Hiyləgər və xainlər..."

BBC News Azərbaycanın paytaxtı Bakıda və Ermənistanın paytaxtı İrəvanda sorğu keçirib.

Bakı sakinlərinə “Ermənistanla barışıq olsa, yollar açılsa, Ermənistana gedib-gələrsinizmi?” deyə sual ünvanlanıb. Bakı sakinlərinin bu suala cavabları müxtəlif olsa da onların arasında sülh və barışıq tərəfdarları üstünlük təşkil edib. Sorğu iştirakçılarının bir hissəsi Ermənistana gedib gələcəyini də qeyd edib.

İrəvan sakinlərinə isə “Azərbaycanla barışıq olsa, yollar açılsa, Azərbaycana gedib-gələrsinizmi?” sualı verilib. Amma ermənilərin cavabları daha aqressiv olub.

Azərbaycan torpaqlarını 28 il işğal altında saxlayan, təcavüzkar siyasətindən bu gün də imtina etməyən, 3 mindən çox gəncimizin ölümünə səbəb olan Ermənistanın bu davranışına səbəb nədir?

Məntiqlə azərbaycanlılar daha aqressiv olmalı idilər. Ermənilərin bu nifrətinin səbəbi nə ola bilər?

Bu aqressiya onların aldığı tərbiyə ilə, yoxsa aparılan təbliğatla bağlıdır?

Politoloq Elçin Mirzəbəyli BBC-nin hazırladığı reportaj haqqında Polemika.az-danışıb. O, sorğunun nəticəsini obyektiv hesab etmədiyini qeyd edib:

“BBC-nin seçdiyi respondentlərin əksəriyyəti yaşlı və orta nəsli təmsil etdikləri üçün sorğunun nəticələrini obyektiv hesab etmirəm. Xüsusilə də Ermənistanda keçirilən sorğuda sorğunun obyektivliyini şübhə altında alan mesajlar vardı. Bu, eyni ortamda olan qadının və onunla yanaşı dayanan, daha sonra da söhbətə müdaxilə edən və uzun-uzadı danışan orta yaşlı kişinin səsləndirdiyi fikirlərdə də özünü büruzə verdi. Belə bir təəssürat yaradıldı ki, azərbaycanlılar və türklər “ermənilərə 100 ildən çoxdur ki zülm edirlər” və bu səbəbdən də barışıq mümkün deyil. Halbuki ermənilərin bütövlükdə türklərə və digər müsəlman xalqlarına qarşı həyata keçirdiyi soyqırım aktları Özbəkistandan Türkiyəyə və indiki İran ərazisində yerləşən Güney Azərbaycana qədər geniş bir ərazini əhatə edir. Doğrusu, inanmıran ki, azərbaycanlı respondentlərin arasında ermənilərin törətdiyi insanlıq əleyhinə cinayətləri və torpaqlarımızın işğal altında olduğu müddətdə həyata keçirdikləri vəhşilikləri xatırladan olmasın. Azərbaycandan hazırlanan reportaj səthi xarakter daşıyırdı və belə bir təəssürat yaranırdı ki, ermənilərdən əzabkeş obrazının yaradılması müxbirlərin qarşısına məqsəd kimi qorunub. Digər tərəfdən, Ermənistanda keçirilən sorğuda iştirak edən bir neçə şəxsin arasında iki qadının vaxtilə Bakıda yaşamaları da müəyyən qədər şübhə doğurur. Bunun da altında gizli bir mesajın olduğunu düşünürəm. Belə bir təəsürat yaradılır ki, Ermənistanda yaşayanlardan hər beş nəfərdən ikisi Bakıdan, yaxud Azərbaycanın digər ərazilərindən köçənlərdir. Halbuki Azərbaycanda Ermənistandan, öz tarixi ata-baba yurdlarından uzun illər ərazində deportasiya olunan, qovulan azərbaycanlıların sayı milyonlarladır. Amma nədənsə onlardan bir nəfəri də BBC müxbirinin qarşısına çıxmamışdı.

Ermənilərin aqressivliklərinə gəldikdə isə, bu onlarln tarix boyu şüurlarına yeridilən yalanlarla bağlıdır. Türkə qarşı düşmənçilik erməniliyin ictimai-siyasi mövcudluqlarını, təşkilatlanmalarını təşkil edən əsas ideoloji amil rolunu oynayıb. Ermənistanda sorğuda iştirak edəın “Bakılı müəllim” Ermənistan məktəblərində azərbaycanlılara, türklərə qarşı təbliğat aparılmadığını deyir. Əslində buna ehtiyac da yoxdur. Çünki ermənilərin tarix, coğrafiya və digər humanitar sahələri əhatə edən bütün dərsliklərində türkə qarşı nifrət, aqressiya oyadılır, indiki Türkiyə və Azərbaycan ərazilərinin bir hissəsinin ermənilərə məxsus olduğu bildirilir. Onlar bu nifrətin, yalanın içərisində böyüyürlər və bu səbəbdən, məktəblərdə bu mövzuda xüsusi bir təbliğatın aparılmasına da ehtiyac yoxdur.

Azərbaycan vətəndaşlarının böyük düşünmələrinin təbii ki, öz səbəbləri var. Əvvəla Azərbaycan türkləri tarix böyu böyük dövlətlər və imperiyalar yaradıblar. Bu isə onlarda dövlətçilik təfəkkürünün formalaşmasına səbəb olub. Dövlətçi düşüncə isə müxtəlif xalqların birgəyaşayışını anlayan, qəbul edən təfəkkür tərzidir. Digər tərəfdən, azərbaycanlılar indiki Ermənistan ərazisi də daxil olmaqla, böyük bir coğrafiyada çoxluq təşkil ediblər. Çoxluqda olduqları üçün də azlıqlara qucaq açıblar, assimilyasiya olunmaq təhlükələri olmayıb. Ermənilər isə daim başqa xalqlara məxsus torpaqlarda yaşadıqları, məskunlaşdıqları üçün daim erməniliklərini qorumaq haqqında düşünüblər, “kiçik xalq” kompleksindən qurtarmaq üçün daim tarixdə mövcud olmayan “dövlətlər” yaratdıqlarını özlərinə təsəlli vermək üçün vasitə seçiblər. Böyük tarixi, dövlətçilik ənənələri, mədəniyyətləri olan xalqların kölgəsində kiçik və bəsit görünmələri, onlara qucaq açan xalqlara qarşı etdikləri hiyləgərliklər və xəyanətlər onları daim qorxu altında saxlayıb. Qorxaqlar isə daha aqressiv və cinayətə meylli olurlar”.

Mehri QURBAN 

"Qorxaqlar aqressiv və cinayətə meylli olurlar” - "Hiyləgər və xainlər..."