"Qonşu ölkələrə və Avropaya qaz ixracını artıracağıq" - İranlı nazir

"Qonşu ölkələrə və Avropaya qaz ixracını artıracağıq" - İranlı nazir

"Qonşu ölkələrə və Avropaya qaz ixracını artıracağıq" - İranlı nazir

"Ölkənin bir çox qaz yataqları indiyədək toxunulmaz qalıb, halbuki son illərdə bu sahədə yeni yataqlar kəşflər edilib".

Polemika.az "Donya-ye eqtesad"a istinadla xəbər verir ki, bunu İranın neft naziri Cavad Ouci bildirib.

O, İslam Respublikasının qonşu və Avropa ölkələrini qazla təmin etmək imkanı olduğunu dilə gətirib. "Ümid edirik ki, növbəti illərdə qaz ixracını dah 2% artıracağıq". 

Nazir Ouci Venesuela ilə neft və qaz yataqlarının işlənilməsi, neft və qaz emalı zavodlarının yenidən qurulması və texniki və mühəndislik xidmətlərinin ixracı sahəsində əməkdaşlıq memorandumunun imzalanmasına toxunub: “Bəzi digər ölkələrlə də anlaşma memorandumları imzalanacaq”.

"Qonşu ölkələrə və Avropaya qaz ixracını artıracağıq" - İranlı nazir