Qonaq getdiyi evdən oğurluq edən qadın saxlanıldı

Qonaq getdiyi evdən oğurluq edən qadın saxlanıldı

Qonaq getdiyi evdən oğurluq edən qadın saxlanıldı

İsmayıllıda qonaq getdiyi evdən oğurluq edən şəxs saxlanılıb.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Göytəpə kənd sakini ona məxsus evdən 6850 manat dəyərində qızıl-zinət əşyalarının və 300 manat pulun oğurlandığını bildirib.

Keçirilən əməliyyat zamanı cinayət əməlini törədən şəxsin zərərçəkmişin qohumu Z.Piriyeva  olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Z.Piriyevanın oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində satdığı məlum olub.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Qonaq getdiyi evdən oğurluq edən qadın saxlanıldı