"QMİ-nin səlahiyyətləri ilə bağlı ilk dəfə Əbülfəz Elçibəy..." - Rafiq Əliyev

"QMİ-nin səlahiyyətləri ilə bağlı ilk dəfə Əbülfəz Elçibəy..." - Rafiq Əliyev

"QMİ-nin səlahiyyətləri ilə bağlı ilk dəfə Əbülfəz Elçibəy..." - Rafiq Əliyev

“İlk dəfə Əbülfəz Elçibəy hakimiyyətə gələndə dini obyektlərə təyinatın türk variantından istifadəsi ortaya qoyulmuşdu”.

Bunu Polemika.az-a açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev deyib.

Qeyd edək ki, Milli Məclisdə "Dini etiqad azadlığı haqqında" Qanuna bir sıra dəyişikliklər edilib. Dəyişikliklərin birinə əsasən (8-ci maddə), Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) alınır və DQİDK-ə verilir. Komitə təyinatla bağlı sadəcə QMİ-ni məlumatlandıracaq.

Dövlət Komitəsinin keçmiş rəhbəri qeyd edib ki, bu variant Azərbaycanda hələ 30 il əvvəl gündəmə gəlib:

“Mən dəyişikliklərlə tam tanış deyiləm, amma Milli Məclisin deputatı Ceyhun Məmmədovun şərhlərlə tanışam. Əvvəllər təyinatları QMİ həyata keçirirdi və sonra onların haqqında məlumatlar DQİDK-ə təqdim olunurdu. İndi tamamilə əksinədir. Bu, Türkiyə variantıdır. Çünki Türkiyədə “Diyanet İşleri” dövlət strukturudur. QİM isə ictimai strukturdur və həmişə də belə olub. Hələ 1872-ci ildə çar Rusiyası dövründə də. Amma Türkiyədə bu dövlət strukturu kimi formalaşıb. Yəni 1923-cü ildə Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətini yaradandan. 

Əvvəllər də belə bir söhbət gedirdi ki, hansı təcrübədən istifadə olunsun, Türkiyə, İran, yoxsa Ərəbistan?

İlk dəfə Əbülfəz Elçibəy hakimiyyəti dövründə müzakirələr başlayanda türk variantından istifadə ortaya qoyulmuşdu. Amma sonra yenidən köhnə variantda saxlanıldı. Çünki bu oturuşmuş bir variantdır. Amma yeni qanunla prinsipial dəyişikliklər əmələ gəlir və QMİ-nin funskiyalarının demək olar ki, əksəriyyətini itir”.

Rafiq Əliyev əlavə edib: “Bu sahədə köklü dəyişikliklik ola bilməz. Köklü dəyişiklik o deməkdir ki, biz dinin cəmiyyət, dövlət və hakimiyyətlə münasibətlərini tam dəyişmiş oluruq. Din, cəmiyyət və dövlət üçlüyü, bir tərəfdən, bir-birindən həm ayrı, həm də bir-biri ilə bağlıdır”.

Rafi MÜSLÜMOV

 

"QMİ-nin səlahiyyətləri ilə bağlı ilk dəfə Əbülfəz Elçibəy..." - Rafiq Əliyev