"Qızım hər istədiyini edə bilməz” - Vasif Məhərrəmli + Video

"Qızım hər istədiyini edə bilməz” - Vasif Məhərrəmli

"Qızım hər istədiyini edə bilməz” - Vasif Məhərrəmli + Video

 "Qızım Əfşanın 19 yaşı var, ağıllı qızdır, amma təbii ki, ona qadağalarım var, özünün hər istədiyini edə bilməz”.

Polemika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli deyib.

MTV telekanalında yayımlanan “Üzə-Düz” proqramının qonağı olan sənətçi övladları haqda danışıb:

“Qız, ya oğlan atası olmağın fərqi yoxdur, hər ikisinin məsuliyyəti, çətinliyi var. Bu gün elə bir dönəmdə yaşayırıq ki, qızın qız, oğlanın oğlan problemi var. Qızı göz bəbəyi kimi qorumalısan, oğlanı ondan betər. Zamanında uşaqları 2-3 ay kəndə qoyub gəlirdik. Bu gün 3 azyaşlının bir yerdə oynaması artıq problem olub. Bir ata kimi uşağımı Qazaxda qoyub gəlmərəm. Nənəsi göz bəbəyi kimi qorusa da. Hamıya da onu tövsiyə edirəm.

Sonra da deyirlər, 3 yaşlı uşaq balkondan düşdü. Niyə? Ananın başı qarışıb telefona, qeybət-söhbət, uşaq yaddan çıxdı, balkondan yıxıldı. əbii ki, ana fəryad edəcək, o da bunu istəməyəcək. Sadəcə məsuliyyətsizlikdir.

Əfşanın 19 yaşı var, ağıllı qızdır, amma təbii ki, ona qadağalarım var, olacaq da. Hər istədiyini edə bilməz. Çalışıram çox üstünə getməyim. Arada hiss edirəm ki, xətrinə dəyirəm. Ata qızı üçün yaxşısını istəyər, o da bunu zamanla başa düşəcək. Ata uşağını tək-tənha qoyub, vecinə almayıb, təyyarəyə oturub gedirsə, ona ata deməyin. Bir ana uşağını dünyaya gətirib, doğum evindən qaçırsa, o ananın qarnı qazan rolunu oynayıb. Yəni ana deyil. Sadəcə qazan rolunu oynayan bətnində 9 ay uşaq saxlayıb... "

Həmin görüntüləri təqdim edirik:

 

"Qızım hər istədiyini edə bilməz” - Vasif Məhərrəmli + Video