Qış günləri insanlara necə təsir edir? - Psixoloqdan cavab 

Qış günləri insanlara necə təsir edir? - Psixoloqdan cavab 

Qış günləri insanlara necə təsir edir? - Psixoloqdan cavab 

Bu gün ölkəmizə qış fəsli daxil oldu. Buna sevinənlər də var, kədərlənənlər də. Ümumiyyətlə, fəsillər insan həyatında mühüm rol oynayır. Hətta insan taleyinə də təsir edir, əhval-ruhiyyələrinin dəyişməsinə gətirib çıxarır. 

Soyuq və qısa qış günləri insanlara necə təsir edəcək? 

Polemika.az-a açıqlamasında psixoloq Gülər Məmmədova deyib ki, insanlar asanlıqla fəsillərə təslim olurlar:

“Bəzi insanların sinir sistemində müəyyən problemlər olur. Havanın tez qaralmağı onlarda müəyyən narahatlıq yaradır. Buna görə də, axşamın gəlişini, günün batmasını istəmirlər. Günəş şüalarının azalması müəyyən hormonlarda gərginlik yaradır, ruh düşkünlüyü müşahidə olunur”.

Psixoloqun sözlərinə görə, hər fəsil özünü aramla uyğunlaşdırır:

“Yaydan sonra havalar yavaş-yavaş soyuyur, payız gəlir. Payızdan sonra qışa keçid aramla baş verir. Lakin bir çoxları buna əhəmiyyət vermirlər. Hava şəraitinə təslim olmağımız sürətli keçid olsaydı, təbii ki, orqanizmimiz ona gec adaptasiya olardı.

Fərqinə varsaq, görərik ki, fəsillərin dəyişimi, bir-birini sıralaması əslində, bizim üçün çox müsbət haldır. Ümumən fəsillərə olan yanaşma fərdi xarakter daşıyır. Zövqə, dünyagörüşə, peşəyə uyğun şəkildə dəyərləndirilir. Qış fəsli işin çox qaynar vaxtına düşdükdə bəziləri bu fəsli sevir. Digərləri yay fəslinə daha çox meyillidir. Yaz oyanış dövrü olduğu üçün bu fəsilə zövq verir. 

Bir sözlə, hər kəsin hansısa fəsli sevib-sevməməsi üçün bir səbəbi var”.

Nəzrin Vahid

 

Qış günləri insanlara necə təsir edir? - Psixoloqdan cavab